AZ

Olimpiya tatamisində 4-cü FİNAL

Olimpiadalar tarixində 4-cü dəfə Azərbaycan cüdoçusu finalda iştirak edəcək.

İdman.biz xəbər verir ki, Paris-2024-də 73 kq çəkidə mübarizə aparan Hidayət Heydərov ardıcıl üç qələbə ilə həlledici görüşə vəsiqə qazanıb.

Bunadək yalnız üç cüdoçumuz final həyəcanı yaşayıb. Pekin-2008-də Elnur Məmmədli 73 kq çəkidə çempion tituluna sahib çıxıb.

Rio-2016-da isə iki final baş tutub. Rüstəm Orucov 73 kq, Elmar Qasımov 100 kq çəkidə həlledici görüşdə uduzaraq gümüşlə kifayətlənib.

Qeyd edək ki, Hidayət 73 kq çəkidə finala çıxan 3-cü cüdoçumuzdur.

Vüqar Xeyrullayev
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
idman.biz

1Mənbələr