AZ

Kimmix PSJ-nin hədəfində

PSJ almaniyalı yarımmüdafiəçi Yozua Kimmixlə maraqlanır.

İdman.biz xəbər verir ki, parislilər bununla bağlı “Bavariya”ya müraciət ediblər.

Kimmix dəfələrlə komandanı tərk etmək istədiyini açıqlayb. PSJ Münhen klubu ilə futbolçunun transfer dəyərini müzakirə edib. Hələlik konkret rəqəmlər barədə məlumat verilməyib.

Qeyd edək ki, Yozuanın “Bavariya” ilə müqaviləsi 2025-ci ilin yayında bitəcək. Münhenlilər onun komandanı sərbəst agent kimi tərk etməsinə qarşıdırlar.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
idman.biz

1Mənbələr