AZ

Basketbolçularımızdan yeni rekord

Yeniyetmələrdən ibarət millilərimiz basketbol tariximizdə yeni bir rekorda imza atıblar.

Apasport.az xəbər verir ki, 2024-ci ilin iyul ayında yeniyətmələrdən ibarət oğlan və qız milli komandalarımız Albaniya, Cəbəllütariq və Kosovoda baş tutumuş Avropa çempionatlarının "C" divizionunda iştirak ediblər. Belə ki, bu Avropa çempionatlarında millilərimiz Azərbaycanın basketbol tarixində ilk dəfə olaraq ölkəmizi rekord sayda, dörd kateqoriyada təmsil ediblər.

Millilərimizin Avropa çempionatlarında göstərdikləri uğurlu nəticələri sizlərə təqdim edirik.

U-16 qız millimiz - Qızıl medal

U-18 oğlan millimiz - Qızıl medal

U-18 qız millimiz - Gümüş medal

U-16 oğlan millimiz - 4-cü yer

Qeyd edək ki, indiyə qədər ən yaxşı  göstərici ötən il 3 kateqoriya - oğlanların yarışında U-16 və U-18, qızlarda isə U-16 Avropa çempionatında iştirak olub.

Basketbol millimiz Avropa çempionatında final oyununa çıxacaq

Milli komandamız finala vəsiqə qazanıb

Basketbolçularımız Avropa çempionatının finalına yüksəlib

İspaniyalı basketbolçu Olimpiya rekordu qırdı

Millilərimiz Avropa çempionatında yarımfinal oyunlarına çıxacaqlar

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
apasport.az

1Mənbələr