AZ

Gürcüstan prezidentinin, müxalifətin və QHT-lərin xarici agentlər haqqında qanuna qarşı iddiaları birləşəcək

Gürcüstan prezidenti Salome Zurabişvilinin, müxalifətin və QHT-lərin xarici agentlər haqqında qanuna qarşı iddiaları birləşdiriləcək.

Bu barədə Gürcüstan Konstitusiya Məhkəməsinin sədri Merab Turava məlumat verib.

“Hər üç iddiaya bir iş çərçivəsində baxılacaq”, – TASS onun sözlərini yazır.

Turava qeyd edib ki, iddiaların öyrənilməsi və müqayisəli hüquqi araşdırmaların aparılması ən azı bir ay çəkəcək.

Bundan əvvəl Gürcüstanda müxalifət xarici agentlər haqqında qanuna qarşı Konstitusiya Məhkəməsində iddia qaldırıb.

Mənbə TASS

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
dogru.az

1Mənbələr