AZ

Macarıstan Polşanı Rusiya neftinin alınmasına görə ikiüzlülükdə ittiham edib

Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Polşa hakimiyyəti Budapeşti Rusiya neftini idxal etməkdə ittiham edərək, özünü ikiüzlü aparır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Polşa xarici işlər nazirinin müavini Vladislav Teofil Bartoşevskinin Macarıstanın baş naziri Viktor Orbanın beynəlxalq ictimaiyyətin kənarında olduğunu iddia edən bəyanatını şərh edən Peter Siyarto bunu ikiüzlülük adlandırıb. Macarıstanlı nazir qeyd edib ki, Budapeşti Rusiya neftini almaqda ittiham etməklə yanaşı, Polşa özü də bu neftin ən böyük idxalçılarından biridir.

Siyarto bildirib ki, Macarıstan ikitərəfli münasibətləri qorumaq üçün uzun müddətdir Polşa hökumətinin “təxribatlarına və ikiüzlülüyünə” dözürdü, lakin “bu, sona çatmaq üzrədir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
50
nocomment.az

10Mənbələr