AZ

Kiyevdə son həftələr COVID-19-a yoluxma hallarının sayı artıb

Kiyevdə

Kiyev, 30 iyul, AZƏRTAC

Son həftələr Kiyevdə COVID-19-a yoluxma hallarının sayı əhəmiyyətli dərəcədə artıb. Xüsusilə, iyul ayının əvvəli ilə müqayisədə koronavirus səbəbindən xəstəxanalara yerləşdirmə hallarının sayı artıb.

Bu barədə AZƏRTAC Kiyev Şəhər Hərbi Administrasiyasının Səhiyyə Departamentinin direktoru Valentina Ginzburqun açıqlamasına istinadla xəbər verir.

Kiyev Şəhər Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, iyul ayında COVID-19-a cəmi 900 yoluxma halı qeydə alınıb, iyun ayında isə bu rəqəm 200-dən az idi. İlin əvvəlindən paytaxtda bu xəstəlik səbəbi ilə 52 nəfər vəfat edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
6
azertag.az

9Mənbələr