AZ

Erməni analitik: “Azərbaycan yeni eskalasiyaya hazırlaşır”

“Azərbaycanın əsas məqsədi Ermənistanla danışıqları ikitərəfli formata gətirməkdir. Rəsmi Bakı bu formatda Ermənistana daha effektiv təzyiq göstərə və erməni tərəfdən güzəştlər ala biləcəyinə əmindir. Azərbaycan heç bir vasitəçi qarşısında öhdəlik götürmək istəmir. Bakının bəyanatı daha çox Rusiyanı özünə cəlb etmək cəhdidir, amma əslində Bakı danışıqları Rusiya platformasına, hətta Qərb platformasına aparmaqda maraqlı deyi. Çlünki o, istədiyi hər şeyi əldə edib və indi də ikitərəfli formatı öz üzərinə götürməyə davam edəcək”.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni analitik Hayk Xalatyan bildirib.

“Rusiya həmişə bəyan edib ki, Ermənistan və Azərbaycana platforma verməyə hazırdır. Bakının cəld reaksiya verməsi onunla şərtlənir ki, Azərbaycan həmişə bəyan edir ki, Ermənistanla harda danışıqlar aparacağının fərqi yoxdur, əslində isə Azərbaycanın əsas məqsədi Ermənistanla vasitəçisiz danışıqlar aparmaqdır.

Bu bəyanatlar fonunda Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan tərəfini Azərbaycan mövqeləri istiqamətində atəş açmaqda ittiham edir və Ermənistanı yeni müharibə ilə hədələyir, bütün arsenaldan istifadə edəcəyini vurğulayır. Ermənistan XİN Azərbaycan Müdafiə Nazirliyinin bəyanatını anlaşılmaz hesab edib. Rəsmi İrəvan ritorikanın kəskinləşməsi cəhdlərinin qəbuledilməz olduğunu, Ermənistan hökumətinin sülh gündəminə sadiq qaldığını və bu strategiyadan dönməyəcəyini qeyd edib”.

Hayk Xalatyanın fikrincə, bu bəyanatlar bir şeyi sübut edir: “Azərbaycan yeni eskalasiyaya hazırlaşır. “Bu, çox güman ki, ya bu ilin sonunda, ya da gələn ilin əvvəlində baş verəcək. İndiki mərhələdə isə yeni eskalasiya mərhələsinin hazırlanması üçün beynəlxalq ictimaiyyətlə informasiya işi aparılır ki, bu, guya Azərbaycanın cavab addımı olduğunu göstərir, amma hamı bunun dezinformasiya olduğunu başa düşür. O başqa məsələdir ki, hazırda həm də Ermənistan hakimiyyətinin siyasəti ucbatından onlar Bakının bu cür addımlarına cavab verməyə hazır deyillər və Bakı bundan istifadə edir.

Bakı indiki mərhələdə Moskva və Tehranla çox fəal işləyir. Artıq bu ölkələr də hesab edir ki, Ermənistan hakimiyyətinin siyasəti onların regiondakı maraqlarına təhlükə yaradır, Qərblə sıx əməkdaşlıq edir, regional proseslərə Qərbi cəlb edir. Təəssüf ki, Ermənistan hakimiyyətinin siyasəti sayəsində Bakı bu yolda uğur qazanır”.

“Ermənistanın, yoxsa Qərbin maraqları baxımından hansı platformada danışıqlar aparmaq daha düzgündür”, – sualına o, belə cavab verib:

“Son iki ildə Qərb platformasında danışıqlar gedir, Ermənistan nəyə nail olub? Praqada Ermənistan hakimiyyəti Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdı, guya Alma-Ata bəyannaməsi ilə Ermənistan Respublikasının ərazi bütövlüyünün tanınmasını qəbul etdi, lakin sonradan bunun baş vermədiyini gördük. Azərbaycanın qalibiyyətinə heç kim müdaxilə etmədi. Rusiya tərəfi müdaxilə etmədi, çünki bunu Qərbin vasitəçiliyi ilə baş tutduğunu hesab edirdi, Qərb isə öz öhdəliklərini yerinə yetirmədi.

İndi də hakimiyyət Azərbaycanın mümkün təcavüzündən danışır və biz görürük ki, Azərbaycana təsir etmək üçün çox ciddi rıçaqları olan Qərb heç bir kəskin addım atmır. Əgər Qərb platforması özünü doğrultmayıbsa, bəlkə də maraqları, məsələn, regionda erməni amilinin tam neytrallaşdırılmasından irəli gəlməyən digər vasitəçilərə qayıtmaq daha məqsədəuyğundur.

Qərb üçün bu, Rusiyanın regiondan sıxışdırılmasına gətirib çıxararsa, bu, normaldır. Kollektiv Qərbin verdiyi açıqlamaları yaxşı xatırlayırıq. Ermənistan nəticədə Rusiya hərbi bazasını çıxarsa, KTMT-dən çıxsa və s., bu, Qərbi tam qane edəcək”.

Natiq Səlim,

KONKRET.az

Seçilən
173
50
konkret.az

10Mənbələr