AZ

Azərbaycanda səhmdar cəmiyyət fikrini dəyişdi - LƏĞV OLUNMAYACAQ

14 sentyabr 2024-cü il, saat 10.30-da “Montin Bazar” ASC səhmdarlarının növbəti ümumi yığıncağı cəmiyyətin yerləşdiyi ünvanda keçiriləcək.

FED.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edllib:

1. 2023-cü ilin İllik maliyyə balansının təsdiq edilməsi.

2. Səhmdarların 29 iyun 2023-cü il tarixli ümumi yığıncağının qərarlarının və onun nəticələrinin ləğv edilməsi.

3. Cəmiyyətin müşahidə şurasının, icra orqanının və təftiş müfəttişinin seçilməsi.

4. Digər məsələlər.

Xatırladıdaq ki, həmin tarixdə keçirilən iclasın gündəliyində aşağıdakı məsələlər dururdu:

1. Cəmiyyətin ləğv edilməsi haqqında. 
2. Ləğvetmə komissiyasının yaradılması haqqında.
3. Ləğvetmə komissiyasının səlahiyyətlərinin müəyyənləşdirilməsi haqqında.
4. Digər məsələlər.

Səhmdarlar gündəlikdəki məsələlərə aid sənədlərlə tanış olmaq üçün və hər hansı sualla bağlı iş günləri, saat 10.00-dan 13.00-dək cəmiyyətin ləğvetmə komissiyasına müraciət edə bilərlər. 

Yəğıncaqda bütün səhmdarların iştirakı vacibdir

. Əlaqə telefonu– 055-792-42-58.

Ünvan– Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 8/9.

Seçilən
44
fed.az

1Mənbələr