AZ

Almaniyadan Ukraynaya yeni yardım paketi

Almaniya hökuməti hərbi yardım paketi çərçivəsində Ukraynaya yeni silah və sursat göndərib.

News24.az xəbər verir ki, Baş nazirliyin rəsmi saytında yer alan məlumata görə, Ukraynaya vəd edilən hərbi yardım paketi çərçivəsində yeni silah və sursatlar çatdırılıb.

Ukraynaya yenilənmiş siyahıya daxil olan 8 Leopard 1A5 tankı, 21 min Gepard zenit zirehli sursat, 10 su səthi pilotsuz uçan aparatı, 2 zirehli xilasetmə maşını, 10 yerüstü müşahidə radarı, 25 min dəbilqə və səhra xəstəxanaları çatdırılıb.

Qeyd edək ki, 24 fevral 2022-ci il tarixində başlayan Ukrayna-Rusiya müharibəsindən bu yana 10 mindən çox Ukrayna əsgərinin Almaniyada təlim keçdiyi və bu təlimin dəyərinin indiyədək təxminən 282 milyon avroya çatdığı bildirilib.

Almaniya 2023-cü ildə Ukraynaya təxminən 5 milyard avro, 2022-ci ildə isə təxminən 1,6 milyard avro hərbi dəstək verib.

Onu da bildirək ki, Almaniya hökuməti 2024-cü ildə Ukraynaya hərbi yardımı 7,1 milyard avroya qədər artırmaq qərarına gəlib.

Günel Məlikzadə

Seçilən
62
news24.az

1Mənbələr