AZ

Bakının bağlanan bazarı açılır

14 sentyabr 2024-cü il, saat 10.30-da “Montin Bazar” ASC səhmdarlarının növbəti ümumi yığıncağı cəmiyyətin yerləşdiyi ünvanda keçiriləcəkdir.

Banker.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. 2023-cü ilin İllik maliyyə balansının təsdiq edilməsi.
2. Səhmdarların 29 iyun 2023-cü il tarixli ümumi yığıncağının qərarlarının və onun nəticələrinin ləğv edilməsi.
3. Cəmiyyətin müşahidə şurasının, icra orqanının və təftiş müfəttişinin seçilməsi.
4. Digər məsələlər.

Səhmdarlar gündəlikdəki məsələlərə aid sənədlərlə tanış olmaq üçün və hər hansı sualla
bağlı iş günləri, saat 10.00-dan 13.00-dək cəmiyyətin ləğvetmə komissiyasına müraciət edə bilərlər.

Yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.
Ünvan– Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 89.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
banker.az

1Mənbələr