AZ

"Liverpul"da yenidən Sisse dönəmi başladı - FOTO

"Liverpul"un və Fransa millisinin sabiq hücumçusu Cibril Sissenin oğlu Prins Kobi Sisse İngiltərə nəhənginin sıralarına qoşulub.

Fanat.Az "Liverpul"un mətbuat xidmətinə istinadən xəbər verir ki, 16 yaşlı forvard mersisaydlılarla ilk müqaviləsini imzalayıb.

O, 2024/25 mövsümündə "qırmızılar"ın U-18 komandasında çıxış edəcək.

Qeyd edək ki, Cibril Sisse 2004-2006-cı illərdə "Liverpul"da çıxış edib, sözügedən klubla Çempionlar Liqası, İngiltərə Kuboku və UEFA Super Kubokunu qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
1
fanat.az

2Mənbələr