AZ

Türkiyə və Somali prezidentləri ikitərəfli münasibətləri müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Somali Prezidenti Həsən Şeyx Mahmud ilə telefon əlaqəsi saxlayıb.

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, tərəflər Türkiyə ilə Somali arasındakı ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər. Prezident Rəcəb Tayyib Ərdoğanın söhbət zamanı Türkiyənin Somalinin ərazi bütövlüyü və birliyinə verdiyi önəmi vurğuladığı bildirilib.

Rəcəb Tayyib Ərdoğan həmçinin Somalinin terrorla mübarizəsinə dəstəyin davam edəcəyini və Türkiyənin Somali ilə Efiopiya arasındakı münaqişənin həlli istiqamətində vasitəçilik fəaliyyətini intensiv şəkildə davam etdirdiyini bildirib.

Türkiyə Prezidenti iki ölkə arasında enerji və müdafiə başda olmaqla bir çox sahədə əməkdaşlığın getdikcə daha da inkişaf edəcəyini qeyd edib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
3
trt.net.tr

10Mənbələr