AZ

Elnur Məmmədli: “Həmin vaxtdan sonra ilk dəfə ağladım”

“Hidayətin çempionluğu ilə hər birimiz çox dərin və böyük hisslər yaşadıq”.

Bunu İdman.bizə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli deyib.

O, Paris-2024 Yay Olimpiya Oyunlarında 73 kq çəkidə çempion titulunu qazanan Hidayət Heydərovun uğurunu şərh edib. Məmmədlinin sözlərinə görə, dördilliyin ən mötəbər yarışda Azərbaycan himninin səslənməsi qürürvericidir: “Onun üzərində hamı kimi mənim də əziyyətim var. Hidayət Olimpiya çempionu kimi kürsüyə qalxdıqda və himnimiz səsləndirəndə bir anlıq qızıl medal qazandığım Pekin-2008-ə qayıtdım və orada özümü gördüm. Axırıncı dəfə də məhz Olimpiya çempionu olarkən ağlamışdım. Daha sonra isə bu il Hidayət Abu-Dabidə dünya və indi Olimpiya çempionluğunu qazandığı zaman ağladım. 16 ildən sonra 73 kiloqram çəkidə cüdoçumuzun qalib olması mənim üçün ikiqat xoşbəxtlik oldu”.

Qeyd edək ki, Hidayət finalda fransalı Joan-Benjamin Qabaya qalib gəlib.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
4
idman.biz

5Mənbələr