AZ

Levandovski: “Daha çox qol vuracağıma əminəm”

“Barselona”nın hücumçusu Robert Levandovski qarşıdan gələn yeni mövsümün startı haqda danışıb.



Komanda.az AS-a istinadən xəbər verir ki, polşalı futbolçu ötən mövsümlə müqayisədə daha çox qol vuracağına əmin olduğunu bildirib:



“Mənim performansım? Ötən mövsümlə müqayisədə daha çox qol vuracağıma əminəm. 2023/24 həm mənim, həm də komandam üçün uğurlu mövsüm olmadı”.



Levandovski ötən mövsüm 49 matçda iştirak edib, 26 qol vurub və 9 məhsuldar ötürmə verib. O, 2022-ci ilin yayından “Barsa”da çıxış edir. 35 yaşlı forvardın kataloniyalılarla müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketlərbarselona levandovski

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
komanda.az

1Mənbələr