AZ

Çempionlar Liqası: ”Fənərbağça” bu gün İsveçrə klubu ilə cavab oyununda qarşılaşacaq

Çempionlar

Bakı, 30 iyul, AZƏRTAC

Türkiyənin “Fənərbağça” komandası bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab görüşünə çıxacaq.

AZƏRTAC xəbər verir ki, İstanbul təmsilçisi səfərdə 4:3 hesabı ilə qalib gəldiyi İsveçrənin “Luqano” komandasını doğma meydanda qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Bu, “Fənərbağça”nın yeni baş məşqçisi Joze Mourinyonun rəhbərliyi altında ikinci sınağı olacaq.

Qeyd edək ki, bu cütün qalibi III təsnifat mərhələsində Fransanın “Lill” kollektivi ilə qarşılaşacaq.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
1
azertag.az

2Mənbələr