AZ

“Medaura Klinikası” və cərrah Fuad Nəzərovun məhkəməsi başlayır

Sünnət zamanı azyaşlı uşağın cinsiyyət orqanını zədələyən cərrah Fuad Nəzərov və çalışdığı “Medaura Klinikası”nın bu gün məhkəməsidir.

Tribunainfo.az xəbər verir ki, 8 yaşlı Mirməhəmməd Seyidlinin cinsiyyət orqanını zədələyən cərrah Fuad Nəzərov və “Medaura Klinikası”nın işinə bu gün Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

İddiaçı Seyidli Çingiz Mirsadiq oğludur. Cərraha və klinikaya maddi və mənəvi təzminat davası açılıb.

Sözügedən klinikada cərrah F.Nəzərov uşağı 750 manata sünnət edib. Həkim Fuad Nəzərov 8 yaşlı Mirməhəmməd Seyidlini sünnət əməliyyatı edərkən cinsiyyət oqanını zədələyib, kanalı yandırıb.

O, uşağı başqa həkimlərə yönləndirsə də, problemi həll etmək mümkün olmayıb. Başqa həkimlər də uşağın əməliyyatını boynuna götürə bilmir.

İşə bu gün hakim Fərrux Qasımovun sədrliyi ilə baxılacaq.

Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Roman

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
tribunainfo.az

1Mənbələr