AZ

Bu ilin altı ayında dövlət büdcəsinin xərcləri təsdiq olunmuş proqonoza qarşı 17% çox icra edilib

2024-cü ilin ilk altı ayında dövlət büdcəsinin xərcləri 16 milyard 052,1 milyon manat və ya təsdiq olunmuş proqnoza qarşı 2 milyard 297,8 milyon manat və ya 16,7 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1 milyard 988,8 milyon manat və ya 14,1 faiz çox icra edilib.

FED.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

2024- cü ilin yanvar-iyun aylarında dövlət büdcəsi xərclərinin 9 milyard 833,8 milyon manatı və ya 61,3 faizi cari xərclərə, 4 milyard 948,0 milyon manatı və ya 30,8 faizi əsaslı xərclərə, 1 milyard 270,3 milyon manatı və ya 7,9 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
fed.az

1Mənbələr