AZ

Trampdan seçkiqabağı böyük addım – Harrisin yüksələn reytinqinin qarşısını bu cür alacaq

ABŞ prezidentliyinə namizəd Donald Tramp demokrat rəqibi Kamala Harrisin yüksələn reytinqinin qarşısını almaq üçün 10 milyon dollar dəyərində reklam kampaniyası başladacaq.

“AzPolitika” xəbər verir ki, bu barədə “Reuters” nəşri öz mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, bu, Trampın yanvar ayından bəri ən böyük reklam kampaniyası olacaq.

Qeyd olunub ki, Harrisin əleyhinə yönəlmiş reklam kampaniyası adı hələ məlum olmayan 6 əsas ştatda aparılacaq.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
azpolitika.info

1Mənbələr