AZ

Bu şəxslərin seçkidən çəkilmələrinin şok səbəbləri – Moskva amili?

1 sentyabrda Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı sürprizlər davam edir. O sürprizlərdən biri də VI çağırış Milli Məclis deputatı Vahid Əhmədovun namizədliyini geri götürməsidir. 

Onun məlum addımı ictimaiyyətdə müzakirələrə səbəb olub. Bu fakt ölkədə dərin proseslərin getdiyini göstərir. Görəsən, Vahid Əhmədov hansı səbəblərdən namizədlikdən geri çəkildi?

Huriyyet.az xəbər verir ki, mövzunu globalinfo.az-a şərh edən siyasi şərhçi Heydər Oğuz deyib ki, son seçkilərdə iştirak etməməyə qərar verən təkcə Vahid Əhmədov deyil.

O, bir neçə namizədin adını çəkib:

“İqbal Ağazadə, İsa Qəmbər, Arif Hacılı kimi siyasi liderlər də seçkilərdə iştirak etmir. Amma ADP sədri Sərdar Cəlaloğlu və Vahid Əhmədov seçkidən geri çəkildi. V.Əhmədov namizədliyini geri götürməsinin səbəbini yaşı və ailəsinin məsləhəti ilə əlaqələndirsə də, məncə, əsl səbəbi gizlədir. Lakin o, namizədliyini irəli sürəndə də eyni yaşda idi. Təbii ki, bir neçə gün ərzində onun yaşlanmasını hiss etməsi inandırıcı deyil. Sərdar Cəlaloğlu isə namizədliyini geri götürməsinin səbəbini indiki xarici və daxili şərtlərlə əlaqələndirib və seçkilərdə iştirak etməsinin milli maraqlara uyğun olmayacağını bildirib. Fikrimcə, siyasi liderlərin seçkilərdə passiv rol oynamasının əsl səbəbini məhz bu amildə axtarmaq lazımdır. Söhbət xarici faktorlardan gedir. Görünür, Azərbaycanın dövlət ağlı hesab edir ki, öz mövqeyi olan siyasi liderlərin parlamentə düşməsi ölkəmizi hansısa xarici təzyiqlərlə üz-üzə qoya bilər”.

Heydər Oğuz bunu Rusiyadan gələn təhdidlərlə əlaqələndirir: 

“Bilirsiniz ki, Rusiyanın Ukraynanı işğalının ən mühüm bəhanələrindən biri denasifikasiya siyasəti ilə bağlı idi. Moskva Ukraynadakı milli qüvvələri faşist adlandırır və onlara qarşı savaşı özünün müqəddəs borcu hesab edirdi. Görünür, rəsmi Bakı da Moskvadan bu cür təhdidlər alıb, Azərbaycanın və milli düşüncəli insanların təhlükəsizliyini düşünərək onlara seçkilərdə iştirak etməməyi məsləhət görüb”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
hurriyyet.az

1Mənbələr