AZ

Olimpiadada tarixi an: Millimizin ilk sınağı

Bu gün Paris-2024-də basketbolun 3x3 növü üzrə qadınların mübarizəsinə start veriləcək.

İdman.biz xəbər verir ki, Olimpiadalar tarixində ilk dəfə komanda idman növündə ölkəmizi təmsil edən Azərbaycan millisi I turun oyununa çıxacaq.

Mersedes Uolker, Aleksandra Mollenhauer, Dina Ulyanova və Tifani Hayesin yer aldığı komandamızın ilk rəqibi İspaniya olacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Basketbol 3x3, qadınlar
I tur
30 iyul

23:00. İspaniya – Azərbaycan

Qeyd edək ki, turnirin əsas mərhələsində 8 komanda dairəvi sistemlə mübarizə aparacaq.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
idman.biz

1Mənbələr