AZ

Paris-2024: Üzgüçümüz 2-ci oldu

Üzgüçümüz Ramil Vəlizadə Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Apasport.az xəbər verir ki, O, 200 m məsafəyə batterflyay üsulu ilə üzən idmançımız təsnifat mərhələsində 1-ci qrupda çıxış edib. Vəlizadə 4 iştirakçı arasında 2-ci olub.

Ramil məsafəni 1 dəqiqə 59,77 saniyəyə qət edib. Matin Balsini (Qaçqınların Olimpiya Komandası) və Gerald Ernandesi (Nikaraqua) qabaqlayan üzgüçümüz Petar Petrov Mitsindən (Bolqarıstan) geri qalıb.

İdmançımızın taleyinə digər üç qrupda yarış başa çatdıqdan sonra aydınlıq gələcək. Ümumilikdə yarışa qatılacaq 28 iştirakçı arasında ən yaxşı nəticəyə malik 16 idmançı yarımfinala adlayacaq.

Qeyd edək ki, batterflyayla 200 m məsafəyə üzməkdə yarımfinal mərhələsi də bu gün keçiriləcək. Bu raunda Bakı vaxtı ilə 22:42-də start veriləcək.

Azərbaycan millisinin baş məşqçisi: "Digər oyunlara hazırlaşmalıyıq"

Paris-2024: Azərbaycan atıcısı 24-cü yeri tutub

Paris-2024: Badmintonçumuz ilk görüşdə məğlub oldu

İdmançılarımız Paris-2024-ün açılışında yallı rəqsi oynadılar - VİDEO

Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
2
apasport.az

3Mənbələr