AZ

5 oyuna 3 məğlubiyyət və Demiçelis “River Pleyt”dən getdi! - İCMAL

Argentina çempionatında iyulun 23-26-sı aralığında keçirilən 7-ci turun oyunlarından ikisi təxirə salındı. Baş tutan matçların nəticəsi liderlər qrupunda qismən dəyişikliyə səbəb oldu. Ümumiyyətlə, tur yüksək yerlərdə olan komandaların xal itkiləri ilə daha çox yadda qaldı.

"Football-plus.az" xəbər verir ki, hesabat turuna topların daha yaxşı fərqinə (+6) əsasən 1-ci yerdə başlayan “Atletiko Urakan” evdə “Estudiantes” ilə qolsuz “sülh”ə razılaşdı. 63 yaşlı Franko Kudelkanın komandası üstün oyun sərgiləsə də, rəqib qapısına yol tapa bilmədi. Paytaxt təmsilçisi iki xal itkisinə baxmayaraq, vahid liderə çevrildi. Səbəblər digər şərikli lider “Union”un oyununun təxirə salınması və yüksək yerlərdəki komandaların xal itirməsi ilə bağlı oldu.

Tura hərəyə 13 xal toplamaqla 3-5-ci yerlərdə başlayan komandalar fərqli nəticələr göstərdilər. “Rasinq” səfərdə “Sarmyento”ya, “İnstituto” isə “Atletiko Tukuman”a minimal hesabla məğlub oldu. Məğlublar uyğun olaraq 4-cü və 5-ci yerlərə düşdülər. “Talyeres de Kordoba” isə turu bir xalla başa vurdu. Son mövsümün vitse-çempionu olan kordobalılar evdə “Defensa y Xustisiya” ilə 1:1 hesanına razılaşmaqla 5-ci yerdən 3-ə yüksəldilər.

Bu mövsüm özünə heç bənzəməyən “River Pleyt” yenə büdrədi. Argentinanın son çempionunun vəziyyətinin nə dərəcədə ciddi olduğunu “Qodoy Krus” ilə oyun bir daha göstərdi. Bu komanda ilk 5 oyunda qələbə üzü görməmişdi. Amma autsayderlərdən olan mendosalılar ölkə nəhəngindən maksimum xal almağı bacardılar. Halbuki matça “River” daha yaxşı başlamış və Borxa qonaqları erkən qolla önə keçirmişdi. Lakin hissənin ortalarında 22 yaşlı uruqvaylı yarımmüdafiəçi Pocci iki dəqiqəyə dubl etməklə çempionun son 5 oyunda 3-cü məğlubiyyətini rəsmiləşdirdi. Paytaxt klubu artıq Martin Demiçelisin “Sarmyento” ilə növbəti oyundan sonra“River Pleyt”dən gedəcəyini bəyan edib. 43 yaşlı mütəxəssis komandaya 2022-ci ilin dekabrında təyinat almışdı. “River” son çempionluğu məhz onun başçılığı altında qazanmışdı. Lakin “milyonçular”ın ilk 7 turda yalnız 10 xal toplaya bilməsi onun istefasını qaçılmaz edib.

7-ci tur
Atletiko Urakan - Estudiantes 0:0
Sarmyento - Rasinq 1:0
Naya, 20.
Atletiko Tukuman - İnstituto 1:0
Estiqarribiya, 85.
Talyeres de Kordoba - Defensa y Xustisiya 1:1
A.Martines, 47 - Molinas, 9.
Qodoy Krus - River Pleyt 2:1
Pocci, 26; 28 – Borxa, 11.
Nyuellz Old Boyz - İndependyente Rivadaviya 0:0
İndependyente - Barrakas Sentral 0:0
Deportivo Riestra - Arxentinos Xuniors 2:0
Alonso, 58. Bravo, 79.
Ximnasiya - San Lorenso 0:1
Tarraqona, 16.
Lanus - Belqrano 3:2
M.Moreno, 32. Sanabriya, 55. X.Torres, 84 – Rolon, 41. Xara, 90.
Platense - Veles Sarsfild 0:2
T.Fernandes, 44. Santos, 90+1.
Tiqre - Sentral Kordoba 1:1
Qalvin, 1 - Anqulo, 77.


“Union” – “Rosario Sentral” və “Boka Xuniors” – “Banfild” oyunları avqustun 1-nə təxirə salınıb.

1. Atletiko Urakan 7 4 3 0 9-3 15
2. Union 6 4 2 0 7-2 14
3. Talyeres de Kordoba 7 4 2 1 12-8 14
4. Rasinq 7 4 1 2 15-7 13
5. İnstituto 7 4 1 2 10-6 13
6. Lanus 7 3 3 1 11-9 12
7. Veles Sarsfild 7 3 2 2 9-6 11
8. İndependyente Rivadaviya 7 3 2 2 4-2 11
9. Belqrano 7 3 2 2 12-13 11
10. River Pleyt 7 3 1 3 12-8 10
11. Ximnasiya 7 3 1 3 10-7 10
12. Sarmyento 7 3 1 3 8-8 10
13. Atletiko Tukuman 7 2 4 1 6-6 10
14. Nyuellz Old Boyz 7 3 1 3 4-5 10
15. Rosario Sentral 6 2 3 1 11-8 9
16. Estudiantes 7 2 3 2 5-5 9
17. Deportivo Riestra 7 3 0 4 6-7 9
18. Arxentinos Xuniors 7 3 0 4 6-11 9
19. Boka Xuniors 6 2 2 2 7-6 8
20. Platense 7 2 2 3 5-7 8
21. İndependyente 7 1 4 2 5-8 7
22. Tiqre 7 1 3 3 6-11 6
23. Defensa y Xustisiya 7 0 5 2 6-9 5
24. San Lorenso 6 1 2 3 4-6 5
25. Banfild 6 1 2 3 5-8 5
26. Barrakas Sentral 7 1 2 4 3-8 5
27. Qodoy Krus (-3) 6 1 3 2 4-7 3
28. Sentral Kordoba 7 0 1 5 7-18 1

Bombardirlər: Borxa (River Pleyt) - 6, Pussetto (Atletiko Urakan), S.Rodriges (İnstituto), Xara (Belqrano) - 5.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
2
football-plus.az

4Mənbələr