AZ

Rusiya və Çin ABŞ-ın dəniz dibi hüququna meydan oxuyub- ÖZƏL

Rusiya və Çin nümayəndələri Beynəlxalq Dəniz Dibi Təşkilatının Kinqstonda keçirilən sessiyasında müzakirələr zamanı ABŞ-ın Berinq dənizi, Meksika körfəzi, Sakit və Atlantik okeanlarının dəniz dibinin təxminən 1 milyon kvadrat kilometr ərazisinə dair iddialarına etiraz etmək qərarına gəliblər. 

Olaylar.az xəbər verir ki, bu barədə Bloombeg yazır.

Agentliyin məlumatına görə, Moskva və Pekin ABŞ-ın kontinental şelfinə təxminən bir milyon kvadrat kilometr əlavə edəcəkləri barədə son bəyanatlarına cavab olaraq etiraz ediblər.

Qeyd olunur ki, Vaşinqtonun birtərəfli iddiaları əsassızdır. Rusiya nümayəndəsi qeyd edir ki, bu cür bəyanatlar "kövrək beynəlxalq tarazlığı təhlükə altına alır" və Amerika tərəfinin ratifikasiya etmədiyi 1982-ci il BMT-nin Dəniz Hüququ Konvensiyasını pozur.

Çin rəsmisi bildirib ki, Vaşinqtonun birtərəfli tələblər irəli sürməyə, bununla da konvensiyanı ratifikasiya etmədən ondan faydalanmağa haqqı yoxdur. O, həmçinin dəniz dibinin sərvətlərini bütün bəşəriyyətin irsi adlandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
olaylar.az

1Mənbələr