AZ

ABŞ ən yeni səsdən sürətli silahını sınaqdan keçirdi

app.update_app_description



ABŞ hərbi qüvvələri Florida ştatında səsdən sürətli silahın sınaqlarını keçiriblər.
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Pentaqonun rəsmi nümayəndəsi məlumat verib.
Mənbənin sözlərinə görə, ABŞ Ordusu (quru qoşunları - red.) və Hərbi Dəniz Qüvvələrinin birgə keçirdikləri sınaqlar Kanaveral burnunda ABŞ Kosmik Qüvvələrinin bazasında baş tutub.
"Bu sınaqlar istismara hazır səsdən sürətli texnologiyanın inkişafında mühüm mərhələdir", - deyə bildirən müdafiə nazirliyinin nümayəndəsi bunun sayəsində avadanlıq və proqram təminatının işi haqqında mühüm məlumatlar əldə edildiyini vurğulayıb.
O bu ilin əvvəlində oxşar sınaqların keçirildiyini təsdiqləyib.
Pentaqon əməkdaşı sınaqların uğurlu olub-olmadığını izah etməyib, həmçinin sistemlər barədə başqa təfərrüat verməyib.
Seçilən
47
50
oxu.az

10Mənbələr