AZ

Çin ABŞ seçkilərinə müdaxilə iddialarını rədd edir

Çin ABŞ seçkilərinə müdaxilə ittihamlarını rədd edib və yalan məlumatların yayılmasına son qoymağa çağırıb.

 

Oxu24.com  xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cyan bildirib.

 

Diplomat qeyd edib ki, Çin “ABŞ seçkilərinə heç vaxt müdaxilə etməyib və etməyəcək”.

 

O, “ÇXR-i ləkələyən yalan məlumat və böhtanların” yayılmasına son qoymağa çağırıb.

 

Bu, ABŞ Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Reyin Çin, Rusiya və bir sıra digər ölkələrin Amerikanın seçki proseslərinə müdaxilə cəhdlərini davam etdirdiyini söyləyən sözlərinə cavab olub.

 

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov, öz növbəsində, FTB rəhbərinin bəyanatını “ABŞ administrasiyasının adi vətəndaşların diqqətini öz səhvlərindən və Amerika cəmiyyətinin çoxsaylı daxili ziddiyyətlərindən yayındırmaq istəyi ilə” və qəti şəkildə əlaqələndirdi. Moskvaya qarşı irəli sürülən ittihamları rədd edib.

 

Miri

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

phrase_var_article.chosen
32
2
oxu24.com

3phrase_var_article.sources