AZ

Venesuela müxalifəti məğlubiyyətini qəbul etməlidir -AÇIQLAMA

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Venesuela müxalifətini prezident seçkilərindəki məğlubiyyəti qəbul etməyə və ölkə xalqının qərarını qəbul etməyə çağırıb.

“İki sahil” xəbər verir ki, bu haqda RT məlumat yayıb.

“Biz görürük ki, müxalifət öz məğlubiyyətini qəbul etmək istəmir, baxmayaraq ki, müxalifət bunu etməlidir, bu seçkilərin qaliblərini təbrik etməlidir”- deyə Peskov bildirib.

Bundan əvvəl Venesuela Seçki Komissiyası Nikolas Maduronu 6 il müddətinə ölkənin seçilmiş prezidenti elan edib. Bundan sonra müxalifət tərəfdarları iğtişaşlar törədib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
ikisahil.az

1Mənbələr