AZ

Ekoloji təhlükəsizlik qaydalarının pozulmasına qarşı tədbirlər görülüb

Polis əməkdaşları tərəfindən digər dövlət qurumları ilə birgə ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

APA DİN-ə istinadən xəbər verir ki, Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində keçirilən növbəti tədbir zamanı qanunsuz olaraq yerin təkindən istifadə etməklə qarışıq süxur kütləsinin “Kamaz” və “BMC” markalı iki yük avtomobili ilə daşınması aşkar olunub.
İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etdiklərinə görə həmin yük avtomobillərinin sürücüləri barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.

Xəzər rayonu ərazisində keçirilən tədbir zamanı isə Türkan qəsəbəsinin dəniz sahilində yerləşən bir istirahət mərkəzində atmosferə atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün tüstü bacalarına təmizləyici qurğuların quraşdırılmadığı aşkar olunub.

Ekoloji tələblərin pozulmasına görə həmin obyektin sahibi barəsində də inzibati tənbeh tədbiri tətbiq edilib.

Seçilən
63
1
apa.az

7Mənbələr