AZ

İrəvanda GƏRGİNLİK: İtkin düşmüş hərbçilərin valideynləri AYAĞA QALXDI

Ermənistanda 44 günlük müharibədə itkin düşən hərbçilərin valideynləri yenidən etiraza qalxıblar.

Musavat.com Sputnik Armenia”ya istinadən xəbər verir ki, itkin düşən hərbçilərin valideynləri və yaxınları dünəndən İrəvanda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) binası qarşısında etiraz aksiyası keçirirlər.

Qeyd olunub ki, kişilər gecəni küçədə keçiriblər.

Onlarla MTX-in direktor müavinlərindən biri görüşüb, söhbətdə hökumətyönlü deputat Vilen Qabrielyan da iştirak edib.

Məlumata görə, görüşdə bir çox valideynlər nəticələrə inanmırlar. İtkin düşənlərdən birinin dayısı Arsen Qukasyanın dediyinə görə, DNT testinin düzgün aparılmaması nəticəsində artıq 6 eksqumasiya olub.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
musavat.com

1Mənbələr