AZ

Londondan Madridə

“Atletiko” “Çelsi”nin yarımmüdafiəçisi Konor Qallaherin transferində israrlıdı. Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano paylaşım edib. Pnun sözlərinə görə, klublar arasında danışıqlar intensivləşib. 24 yaşlı ingilisin keçidi London təmsilçisinə təxminən 35-40 milyon avro qazandıra bilər. Madridlilər bu məbləği qarşı tərəfə ödəməyə hazırdı. Qeyd edək ki, “Çelsi”nin yetirməsi olan Konor Qallaher Premyer Liqa klubunun heyətində 95 oyunda 10 qol vurub, 10 assist edib. Onun müqaviləsi 2025-ci ilin yayında başa çatır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
matc.az

1Mənbələr