AZ

Zərdabda yubiley yarışı

Zərdab rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunan rayon birinciliyi keçirilib.

Bilyardın piramida növü üzrə baş tutan birincilik gərgin idman mübarizəsi şəraitində baş tutub.

Sonda bütün rəqiblərinə qalib gələn Vəfadar Məmmədov yarışın qalibi adını qazanıb. İkinci və üçüncü yerlərdə müvafiq olaraq, Yasin İsayev və Şaiq Zeynalov qərar tutub.

Yarışın qalibləri Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi tərəfindən təsis edilən diplom və medallarla təltif olunublar.

BƏHRUZ MUSAYEV, ZƏRDAB

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
futbolinfo.az

1Mənbələr