AZ

"Dünyaya idmanla verilən mesajlarımız..."

Xəbər verdiyimiz kimi, Azərbaycan cüdoçusu Hiayət Heydərov 73 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək Paris Olimpiadasının qalibi olub.


Professor Qulu Məhərrəmli Bakupost.az -a açıqlamasında idmançımızın qələbəsi ilə bağlı fikirlərini açıqlayıb.

Onun sözlərinə görə, belə qələbələr bütün Azərbayacanı ayağa qaldıra, hamın sevindirə bilir və qürur hissi yaradır.

Q.Məhərrəmli Hidayətin Olimpia çempionu olmasının çox yerinə düşən qələbə olduğunu vurğulayıb:


"Biz bu yarışı izləyəndə həm də bir Qarabağ qazisinin yubileyini qeyd edirdik. O qədər maraqlı, mənalı söhbətlərlə həmahəng bir addım oldu ki, insan bununla qürurlanmaya bilmir. Məclisdə olanlar Azərbaycan himni çalınanda ayağa qalxdı və himnimizi oxudular. Hesab edirəm ki, Hidayət bir anda bütün Azərbaycanı sevindirdi. Ona böyük təşəkkürlər düşür. Düşünürəm ki, Azərbaycanın dünyaya mesajları idman vasitəsilə veriləndə də çox gözəl olur”.




Vasif Əlihüseyn
BakuPost
Seçilən
54
bakupost.az

1Mənbələr