AZ

Rusiya MN: ''Rusiya ordusu Lenin yaşayış məntəqəsini nəzarətinə keçirdi''

Rusiya ordusu Donetskdəki Lenin yaşayış məntəqəsini nəzarətinə keçirib.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı fəaliyyəti ilə bağlı məlumat verilib.

Bəyanatda bildirilirdi ki, Rusiya hərbi birləşmələri münaqişə bölgəsindəki mühüm mövqeləri ələ keçirib. Əməliyyatlar nəticəsində Donetsk Xalq Respublikasının Lenin yaşayış məntəqəsi azad edilib”. 

Bəyanatda həmçinin bu ifadələrə yer verilib: ''Rusiya Silahlı Qüvvələri indiyədək Ukraynaya məxsus 631 təyyarə, 278 helikopter, 28 692 pilotsuz uçuş aparatı, 556 hava hücumundan müdafiə sistemi, 16 725 tank və zirehli texnika, 1393 reaktiv yaylım atəşi sistemi, 12 567 haubitsa və minaatan ilə 24 201 xüsusi hərbi vasitəni məhv edib''.

 

 

 



Seçilən
53
trt.net.tr

1Mənbələr