AZ

Almaniyanın AQAS Agentliyi ilə UNEC arasında əməkdaşlıq imkanları müzakirə olunub

Almaniyanın

Bakı, 30 iyul, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Almaniyanın Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Assosiasiyaya (EQNA) üzv 9 akkreditasiya agentliyindən biri olan Ali Təhsilin Qiymətləndirilməsi və Akkreditasiyası Agentliyinin (AQAS) beynəlxalq inkişaf üzrə direktor müavini Ronny Haynze ilə onlayn görüş təşkil olunub.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, görüş bakalavriat və magistratura səviyyələri üzrə ixtisasların beynəlxalq akkreditasiyası məqsədilə keçirilib.

Görüşdə ixtisasların akkreditasiyası zamanı xarici ekspert qruplarının fəaliyyəti üçün ixtisasların optimal klasterlərinin yaradılması istiqamətində müzakirələr aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
1
azertag.az

2Mənbələr