AZ

WhatsApp-da mesajlara iki dəfə klikləməklə reaksiya bildirmək mümkün olacaq

     WhatsApp-ın Android üçün nəzərdə tutulmuş 2.24.16.7 nömrəli beta versiyasında mesajlara iki kliklə reaksiya bildirmək funksiyası ortaya çıxıb. Bu funksiya istifadəçiyə bu və ya digər mesaja iki dəfə klikləməklə ona sürətli reaksiya bildirmək imkanını verir. Mesaja iki dəfə klikləməklə ona ürək emojisini əlavə etmək olar. Lakin istifadəçi ürək əvəzinə digər emojini əlavə etmək istədikdə o, mesaja klikləyərək bir neçə saniyə saxlamalı olacaq. Bu halda standart olaraq emojilər menyusu ortaya çıxacaq. Mesajlara iki klik vasitəsilə sürətli reaksiya bildirmək funksiyası hələ hazırlanma mərhələsindədir. Onun WhatsApp üçün nəzərdə tutulmuş gələcək yenilənmələrdən biri çərçivəsində istifadəyə veriləcəyi gözlənilir. Bundan əlavə olaraq çox güman ki, messencerin iOS versiyasının istifadəçiləri də yaxın gələcəkdə bu funksiyadan istifadə edə biləcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
technote.az

1Mənbələr