AZ

Şoltsa çağırış edildi

Almaniya kansleri Olaf Şolts Avropa İttifaqının problemlərinin həlli üçün daha çox səy göstərməlidir. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə "The Economist" jurnalı yazıb.

“Almaniyanın enerjili dəstəyi olmadan Aİ-nin gündəmindəki bəzi məsələlərin naməlum vəziyyətdə qalma riski var”, - deyə nəşr qeyd edib.

Material müəlliflərinin fikrincə, Almaniyanın parlament partiyaları ümumavropa məsələlərinə deyil, daxili siyasi mübarizələrə diqqət yetirə bilərlər. Almaniyada keçiriləcək ümummilli seçkilər onları Avropa gündəmi hesabına ölkənin daxili problemlərindən narahat olmağa məcbur edəcək.

Xatırladaq ki, Şolrs daha əvvəl hökumət başçısı seçilmək üçün yenidən namizəd olmaq qərarını açıqlamışdı. Onun sözlərinə görə, onun namizədliyini irəli sürmüş Almaniya Sosial Demokrat Partiyası növbəti parlament seçkilərində qalib gəlmək əzmindədir. Səsvermə 2025-ci ilin payızına planlaşdırılıb.

Havar Şəfiyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
yeniazerbaycan.com

1Mənbələr