AZ

Levandovski “Barselona”nın yeni mövsümdəki hədəflərini açıqladı

"Barselona"nın ulduz hücumçusu Robert Levandovski La Liqanın yeni mövsümündəki hədəflərini açıqlayıb.

90deqiqe.Az-ın “AS”a istinadən məlumatına görə, 35 yaşlı polşalı futbolçu  yeni mövsümdə əvvəlkindən daha çox qol vuracağına əmin olduğunu bildirib.

 "Ötən mövsüm şəxsən mənim və "Barselona" üçün yaxşı olmadı. Yeni mövsümdə daha çox qol vuracağıma inanıram".

Xatırladaq ki, ötən mövsümün sonunda Xavi Ernandesin rəhbərliyi altında Kataloniya klubu İspaniya çempionatının turnir cədvəlini ikinci pillədə başa vurmuşdu.

Robert Levandovski "Blauqrana"nın heyətində La Liqada 35 oyun keçirib, 19 qol vurub və 8 məhsuldar ötürmə edib. Yayda kataloniyalılara alman məşqçi Hans-Diter Flik başçılıq edirdi. Yeni mövsümün ilk oyununda “Barselona” “Valensiya” ilə qarşılaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
90deqiqe.az

1Mənbələr