AZ

Rusiyada kriptovalyuta satışı qanuniləşdirilib

Rusiya Dövlət Duması ölkə ərazisində kriptovalyuta satışını tənzimləyən qanunu təsdiqləyib.

APA-nın məlumatına görə, bu barədə informasiya qanunverici orqanın saytında yerləşdirilib.

Sənəddə göstərilir ki, bu fəaliyyətlə bilavasitə Rusiya ərazisində qeydiyyatdan keçən hüquqi şəxslər və fərdi sahibkarlar məşğul ola bilər. Fərdi sahibkar statusu olmayanlar üçün isə qanun limit müəyyənləşdirib. Eyni zamanda hökumətə Rusiyanın ayrı-ayrı regionlarında kriptovalyuta ticarətinə qadağa tətbiq etmək səlahiyyəti verilib.


Kriptovalyuta ticarəti ilə məşğul olanlar üçün tələblər yalnız Mərkəzi Bankın razılığı ilə hökumət tərəfindən müəyyənləşdirilə bilər. Bu şəxslər həmçinin kriptovalyutanı aldıqları mənbələrlə bağlı məlumatları müvafiq səlahiyyətli orqana təqdim etməlidir.

Eyni zamanda satış fəaliyyəti ilə məşğul olanlar bu qaydaları pozsa, onların serverlərinin gərginliyi azaldılacaq və ya onlar xəbərdarlıq olunmadan elektrik şəbəkəsindən ayrılacaq.

2024-cü il, noyabrın 1-dən qüvvəyə minəcək ənədə əsasən ölkə ərazisində kriptovalyutaların reklanmı qadağan edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
8
apa.az

9Mənbələr