AZ

2023-cü ilin 9 ayında KOB evlərində sahibkarlara 285 minə yaxın xidmət göstərilib

Bakı. Trend:

Cari ilin ötən doqquz ayında sahibkarlar KOB evlərinə dahaçox mənşə sertifikatının alınması, bank, nəqliyyat, vergi, gömrükvə digər xidmətlər üçün müraciət ediblər.

2023-cü ilin yanvar-sentyabr aylarında KOB evlərindəsahibkarlara 285 minə yaxın xidmət göstərilib. Bu xidmətlərin 224mindən çoxu “Bakı KOB evi”nin, 44 mindən çoxu “Yevlax KOB evi”nin,17 minə yaxını isə “Xaçmaz KOB evi”nin payına düşür.

Xidmətlərin 271 mindən çoxu dövlət qurumları (“G2B”), 14 minəyaxını isə biznes qurumları (“B2B”) tərəfindən göstərilib.

Sahibkarlar daha çox mənşə sertifikatının alınması, bank,nəqliyyat, vergi, gömrük, kommunal, poçt və s. xidmətlər üçün KOBevlərinə müraciət ediblər.

Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluqsəviyyəsi 98% təşkil edir.

Qeyd edək ki, KOB evlərində sahibkarlara vahid məkanda operativ,şəffaf və vətəndaş məmnunluğu əsasında biznes xidmətlərigöstərilir. Hazırda KOB evlərində biznes subyektlərinə sahibkarlıqfəaliyyəti üçün zəruri olan biznesin qeydiyyatı, lisenziya vəicazələrin alınması, biznes planın hazırlanması, güzəştli maliyyəvəsaitlərinə çıxış, vergi, gömrük, qida təhlükəsizliyi, kommunalxidmətlərə qoşulma, bank, sığorta, notariat və digər xidmətlərgöstərilir. Ümumilikdə Bakı, Xaçmaz və Yevlax KOB evlərindəsahibkarlara dövlət və özəl qurum tərəfindən 300-dən çox “G2B” və100-ə yaxın “B2B” xidmətlər təqdim edilir.

Məqalədə:
Seçilən
520
10
az.trend.az

10Mənbələr