AZ

"Neftçi"nin açılış oyununun biletləri satışa çıxarıldı

Misli Premyer Liqasının 1-ci turunda “Turan Tovuz”u qəbul edəcək “Neftçi”nin ev oyununun biletləri satışa çıxarılıb.

Fanat.Az “ağ-qaralar”ın rəsmi saytına istinadən xəbər verir ki, qiymətlər sektorlara görə dəyişir.

Belə ki, biletlərin qiyməti 3 (1B, 2A, 2B, 4A, 5A), 5 (3B), 15 (3A) və 20 (VIP) manat təşkil edir. Azarkeşlər biletləri iticket.az-dan əldə edə bilərlər. “Neftçi Arena”nın kassalarında isə 1A və 5A sektorlarına olan biletlər (qiyməti 3 manat) oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

Qeyd edək ki, avqustun 3-də keçiriləcək “Neftçi” – “Turan Tovuz” oyunu saat 18:30-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
fanat.az

1Mənbələr