AZ

Əlcəzair Fransadakı səfirini geri çağırdı

Əlcəzair Fransadakı səfirini geri çağırıb.

Milli.Az APA-ya istinadən bildirir ki,  bu qərar rəsmi Parisin Mərakeşin Qərbi Saharaya muxtariyyət verilməsi planını münaqişənin həlli üçün yeganə əsas kimi tanımasından sonra verilib.

Fransa qərarda Mərakeşin suverenliyi altında Qərbi Sahara bölgəsi üçün muxtariyyət planının ərazi üzərində uzun müddətdir davam edən mübahisəni həll etməyin yeganə yolu kimi tanıdığını bildirib.

Əlcəzair tərəfi bundan "böyük təəssüf" hissi keçirdiyini bəyan edib və Parisin qərarını qətiyyətlə pisləyərək, bunu nəticələrinin olacağını əlavə edib.

Qeyd edək ki, Əlcəzair Qərbi Saharda özünü müstəqil elan etmiş beynəlxalq səviyyədə tanınmamış Səhravi Ərəb Respublikasını (POLİRASİO Cəhbəsi) tanıyıb və Birləşmiş Millətlər Təşkilatının referendum planını (yalnız müstəqillik əldə olunarsa) seçim olaraq dəstəkləyir.
Həmin referendum kimin səs verməsi və onun necə keçirilməsi ilə bağlı fikir ayrılıqları səbəbindən heç vaxt baş tutmayıb və BMT Təhlükəsizlik Şurasının son qətnamələrində bu variant qeyd olunmayıb, tərəflər kompromis əsasında real həll yolu üçün birgə işləməyə çağırılıb.

Qərbi Saharada keçmiş müstəmləkəçi dövlət olan İspaniya 2022-ci ildə Mərakeşin muxtariyyət planını dəstəklədiyini bildirib.
ABŞ, İsrail və Ərəb ölkələri də Mərakeşin ərazi üzərindəki suverenliyini dəstəkləyir.
Qərbi Sahardakı tanınmamış tərəf 2020-ci ildə BMT-nin vasitəçiliyi ilə bağlanmış atəşkəsdən çıxıb. Lakin uzun müddətdir dondurulmuş münaqişədə gərginləşmə qeydə alınmayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
5
milli.az

6Mənbələr