AZ

Rusiyada FPV dronlarının sayı kəskin şəkildə artıb...

Rusiyanın müdafiə naziri Andrey Belousov Rusiya Federasiyasında FPV pilotsuz təyyarələrin istehsalının kəskin artdığını açıqlayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bunu 45-ci Hava Desant Briqadasının daimi dislokasiya məntəqəsində paraşütçülərlə söhbəti zamanı edib.

...FPV dronlarının sayı kəskin şəkildə artıb. İndi baxdım, artıq dörd minə yaxınımız var. Gündə dörd min...

Belousov deyib bunu.

...Briqadaya baxış zamanı Belousov fərqlənən desantçılara dövlət mükafatlarını da təqdim edib.

O qeyd edib ki, 45-ci briqadanın hərbçiləri xüsusi təyinatlı hərbi əməliyyat zonasında yüksək operativliklə yanaşı, ən mühüm tapşırıqları da alırlar.

Bundan əlavə, nazir tikintisi başa çatmamış obyektlərə - kazarma və iki yataqxananın tikintisinə diqqət çəkib. Onların istismara verilməsinin gecikdirilməsinin yolverilməzliyini qeyd edib.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
sia.az

1Mənbələr