AZ

“Atletiko”ya Feliş yox, Dovbik lazımdı

Joao Feliş “Atletiko”ya qayıdıb. Amma onun Madrid klubunda oynamaq perspektivi dumanlı görünür.

“Football-plus.az” xəbər verir ki, İspaniya mənbələrinin yaydığı xəbərə görə, portuqaliyalı oyunçu komandadan ayrı məşq edəcək. Joao ötən mövsüm icarə əsasında “Barselona”da çıxış edib. Məşhur jurnalist Fabritsio Romanonun yaydığı xəbərə görə, “Atletiko” Feliş ilə gələcək əməkdaşlıqda maraqlı deyil.

Futbolçu paytaxt klubuna 2019-cu ilin iyulunda bonuslarla birlikdə 127,2 milyon avroya “Benfika”dan transfer olunub.

Yeri gəlmişkən, Artem Dovbik böyük ehtimalla tezliklə “Jirona”nı tərk edərək “Atletiko”ya qoşulacaq. Madrid klubu ukraynalı futbolçunu transfer etməyə yaxındı. Romanonun sosial şəbəkə hesabı vasitəsilə verdiyi xəbərə görə, tərəflər hazırda təzminatın ödənilməsi ilə bağlı yekun detalları razılaşdırmağa çalışırlar. Jurnalist transferin madridlilərə 40 milyon avroya başa gələcəyini də xəbər verib. Bu, ukraynalı oyunçunun müqaviləsində göstərilən sərbəst qalma məbləğidi.

Dovbik artıq “Atletiko” ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. O, ötən mövsüm bütün turnirlərdə meydana çıxdığı 41 matçda 25 qol vurub və İspaniya La Liqasında ən yaxşı 2-ci bombardir olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

phrase_var_article.chosen
44
football-plus.az

1phrase_var_article.sources