AZ

Azərbaycan boksçusu: Sevinirəm ki, təcrübəli idmançını mübarizədən kənarlaşdıra bildim

Azərbaycan

Bakı, 30 iyul, AZƏRTAC

Bu gün məğlub etdiyim rəqib üçqat Olimpiya oyunlarının iştirakçısıdır. Sevinirəm ki, belə bir təcrübəli idmançını mübarizədən kənarlaşdıra bildim.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında 1/4 finala vəsiqə qazanan Azərbaycan boksçusu Murad Allahverdiyev deyib.

Səksən kiloqram çəki dərəcəsində çıxış edən idmançı güclü rəqibə qarşı yaxşı mübarizə apardığını söyləyib: “Bildiyiniz kimi, növbəti raundda qazaxıstanlı idmançı ilə qarşılaşacağam. Hansımız yarışa daha yaxşı hazırlaşsaq, o da qalib gələcək”.

Qeyd edək ki, Murad Allahverdiyev 1/8 finalda misirli Abdelrahman Abdelqavvada qalib gəlib. Onun 1/4 finaldakı rəqibi qazaxıstanlı Nurbek Oralbay olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
2
azertag.az

3Mənbələr