AZ

Paris Olimpiadasının bağlanış mərasiminin biletlərini ALAN YOXDUR

Paris Olimpiadasının bağlanış mərasiminə biletlər satılmır.

interpress.az xəbər verir ki, bu barədə “Match TV” məlumat yayıb. Bu il Parisdə keçirilən Olimpiya Oyunlarının təşkilatçıları bağlanış mərasimi üçün biletləri sata bilmir.

Ola bilsin ki, açılış mərasimi zamanı baş verən və çoxlarının dini hisslərini incidən qalmaqallı epizodların nümayişindən sonra bağlanış mərasiminə maraq kəskin şəkildə azalıb. Ən ucuz biletlərin 45 avro olduğu məlumdur, baxmayaraq ki, satışda 600, 1100 və 1600 avroluq biletlər də var.

Xatırladaq ki, Paris Olimpiadasının bağlanış mərasimi avqustun 11-də “Stad de Frans” stadionunda keçiriləcək. Bağlanış mərasiminin ssenari müəllifləri açılış mərasimi ilə eynidir.

Yada salaq ki, Paris Olimpiya Oyunlarının təşkilatçıları açılış mərasimi zamanı qalmaqallı şərhlə silsilə bibliya səhnələrinin səhnələşdirilməsinə görə rəsmi olaraq üzr istəyiblər. Bu səhnələr insanların dini hisslərini incitdiyinə görə kəskin tənqid edilib və pislənib.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
interpress.az

1Mənbələr