AZ

“Leyptsiq” “Barsa”nın ilk təklifini geri çevirdi

“Leyptsiq” “Barselona”nın yarımmüdafiəçi Dani Olmonun transferi ilə bağlı ilk təklifini yaxın buraxmayıb.

“Football-plus.az” xəbər verir ki, “Mundo Deportivo”nun yaydığı xəbərə görə, İspaniya nəhəngi “öküzlər”ə transfer məbləği kimi 40 milyon, kataloniyalıların müxtəlif turnirlərdəki nəticələrindən asılı olaraq, bonus kimi daha 20 milyon avro təklif edib. Bundan başqa, Xuan Laporta bu məbləğin müəyyən hissəsini bir qədər gecikmə ilə ödəmək istəyib. “Leyptsiq” isə 26 yaşlı xavbeki bu şərtlər altında satmaqdan imtina edib, çünki almanlar 60 milyon avronun birdəfəyə ödənilməsini istəyir. “Barselona” bu təklifi yaxşılaşdırmağı planlaşdırır, bununla paralel Olmonun təmsilçiləri ilə şəxsi müqavilənin şərtlərini razılaşdırmağa çalışır.

İspaniyalı yarımmüdafiəçinin agentləri Kataloniya klubundan 6 illiyə nəzərdə tutulan yazılı müqavilə alıb. Xavbek ilk iki mövsümdə “Leyptsiq”dəkindən az qazanacaq ki, “göy-qırmızılar”ın bu transferi qeydiyyatdan keçirməsi asan olsun. Ancaq 3-cü mövsümdən Olmonun maaşı artırılacaq. “Bavariya” və “Mançester Siti” də “Leyptsiq”ə Olmo ilə bağlı təklif göndərib, ancaq futbolçu özü “Barselona” variantına üstünlük verir.

Onun “Leyptsiq”lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdi. “Transfermarkt” portalı Olmonu 60 milyon avroya dəyərləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
football-plus.az

1Mənbələr