AZ

Xiaomi Smart Band 9 qlobal bazarda satışa çıxmağa hazırlaşır

     Xiaomi şirkəti bir neçə müddət bundan öncə Çində Smart Band 9 adlı qolbağını təqdim etmişdi. İndi isə sözügedən smart qolbaq qlobal bazarda satışa çıxmağa hazırlaşır. Belə ki, Xiaomi Smart Band 9 qolbağı Amazon saytının İtaliya üzrə şöbəsinin saytında ortaya çıxıb. Bunun sayəsində smart qolbağın qlobal bazarda hansı qiymətə satılacağı məlum olub. Məlumata əsasən Xiaomi Smart Band 9 qolbağı Avropa bazarında 19 avqust tarixində satışa çıxacaq. Onun qiyməti isə 36.99 avro təşkil edəcək. Çox güman ki, smart qolbağın qlobal bazar üçün nəzərdə tutulan versiyası Çində satılan versiyadan texniki imkanlar baxımından heç də fərqlənməyəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

phrase_var_article.chosen
57
technote.az

1phrase_var_article.sources