AZ

İtaliya rusiyalı iş adamı Aleksey Fedoriçevin aktivlərinə həbs qoyub

...İtaliyada məhkəmə 68 yaşlı rusiyalı iş adamı Aleksey Fedoriçevin aktivlərinə həbs qoyub.

SİA-nın əldə etdiyi məlumata görə, bu, Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğunun müraciəti əsasında həyata keçirilib.

Corriere Fiorentino xəbər verir ki, həbs edilmiş aktivlərin ümumi məbləği 41 milyon avro təşkil edir.

İtaliya hakimiyyəti Toskana bölgəsində yerləşən Torre del Qalo qəsrini, daha üç mülkü, həmçinin adı açıqlanmayan şirkətin səhmlərini ələ keçirib.

Müstəntiqlərin fikrincə, Fedoriçev qeyri-qanuni yolla əldə etdiyi gəlirdən istifadə edərək Florensiyada daşınmaz əmlak kompleksinin sahibi olan şirkət əldə edib.

Ukraynada Fyodoroviçə qarşı oğurluq maddəsi ilə cinayət işi açılıb. Bundan dəyən ziyan 60 milyon dollardan çox qiymətləndirilir.

Aleksey Fedoriçev gübrə və xammal ticarəti ilə məşğul olan Fedcom-un yaradıcısıdır. O, eyni zamanda AS Monaco basketbol klubunun prezidenti vəzifəsini də icra edir. O, əvvəllər Rusiyanın "Dinamo" futbol klubunun sahibi olub.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
sia.az

1Mənbələr