AZ

Çempionlar Liqası: “Qarabağ” “Linkoln”u darmadağın etdi - video

Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Cəbəllütariqin “Linkoln” komandası ilə qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Azərbaycan çempionunun 5:0 hesablı qələbəsi ilə başa çatıb.

“Qarabağ”ın heyətində Olavio Juninyo het-trikə imza atıb (17,31 və 44-cü dəq.).

Hərəyə bir dəfə isə Yassin Benzia (66) və Leandro Andrade (72) fərqləniblər.

Xatırladaq ki, səfərdəki oyunda da Azərbaycan təmsilçisi qələbə qazanıb - 2:0.

Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasının II təsnifat mərhələsində “Ludaqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün güclüsü ilə üz-üzə gələcək. İlk görüşdə Bolqarıstan təmsilçisi 2:0 hesabı ilə üstün ayrılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
19
buta.media

10Mənbələr