AZ

"Ərdoğan aylar içində həm Fələstini, həm Misiri, həm də Hicazı fəth edən Yavuz Sultan Səlimin yolu ilə gedər"

“Prezident Rəcəb Tayyib Ərdoğan bir gün öncəki çıxışında İsrailin Qəzza zolağında davam edən soyqırımına sərt reaksiya vermiş və “Biz Qarabağa və Liviyaya girdiyimiz kimi onlara da eynisini edəcəyik. "Edilməyəcək bir şey yoxdur" deyə xəbərdarlıq etmişdi. İsrailin xarici işlər naziri İsrael Katz, sosial media hesabından verdiyi açıqlamada, prezident Ərdoğanın açıqlamalarını tənqid edərək, “Ərdoğan Səddam Hüseynin yolunu davam etdirir və İsraili hücumla hədələyir. Orada nə baş verdiyini və necə bitdiyini xatırlasın”-deyə qeyd edib. “İsrail Xarici İşlər Nazirliyi öz müdrikliyi ilə Türkiyə Cümhuriyyətinin Prezidentinə “dəyənək” göstərdi”. Bu barədə Bizimyol.info xəbər portalına Türkiyəli jurnalist Muhammet Kutlu danışıb. Jurnalist qeyd edib ki, nazir Türkiyəni İraq, Suriya, Livan dövlətləri ilə, yəni istədikləri kimi əzdikləri, parçaladıqları, parçalamaq istədikləri və terror təşkilatlarını azad edib formalaşdırdıqları dövlətlərlə eyniləşdirir: "Təkcə bu yanaşma əslində nə qədər dayaz və şüursuz bir quruluşla qarşılaşdığımızı göstərir". “Yeni Akit” Qəzeti Ankara xəbər müdiri Muhammet Kutlu Muhammet Kutlu qeyd edib ki, İsrail Türkiyəyə adi bir ölkə kimi yanaşır: "Rəcəb Tayyib Ərdoğan kosmosdan görünən yeganə insan quruluşu olan Böyük Çin Səddini tikdirmiş bir xalqın nəslindəndir. O divara baxmayaraq, Çin 500 il Türklərin hakimiyyəti altında qaldı. Rəcəb Tayyib Ərdoğan Böyük Hun İmperiyasından başlayaraq dünyanın üçdə ikisini idarə edən 16 böyük imperiyanın varisi olan bir dövlətin prezidentidir. Yeri gəlmişkən, böyük xalqımızın qurduğu və Prezident nişanındakı 16 ulduzu təşkil edən dünya dövlətlərini hamı bilir". “Biz böyük bir xalqın övladlarıyıq. Soyumuz və dünyanı necə nizamladığımız aydındır”-deyə jurnalist vurğulayıb. Muhammet Kutlu, nazirin açıqlamasına “İsrailin xarici işlər naziri “Ərdoğan Səddam Hüseynin yolu ilə gedir” deyib. Ərdoğan getsə, Səddamın yolu ilə getməyəcək. O, öz əcdadının yolu ilə gedəcək. Məsələn; aylar içində həm Fələstini, həm Misiri, həm də Hicazı fəth edən Yavuz Sultan Səlimin arxasınca getsə...”- deyə cavab verib. İradə Cəlil, Bizimyol.info

Seçilən
43
bizimyol.info

1Mənbələr