AZ

Qurban Qurbanov: “Oyun intizamımız yaxşı idi”

“Qarabağ” Çempionlar Liqası II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda “Linkoln”u 0:5 hesabı ilə məğlub edib.

Teleqraf.com xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyun qurtaran kimi, canlı yayımda açıqlamalar verib:

“Yaxşı oyunla qələbə qazanmaq çox vacib idi. Oyun intizamımız yaxşı idi. Bu qarşıdakı oyunlar üçün lazımlı göstəricidir. Futbolçularıma təşəkkür edirəm. Azarkeşlərimizi təbrik edirəm. Xeyli vaxtdır görüşmürdük, yəqin ki, darıxmışdılar oyunumuz üçün.

Potensial rəqiblərin oyunlarına baxmışam. “Ludoqorest” təcrübəlidir rəqibdir. “Dinamo” aqressiv komandadı, gənc oyunçuları var. Sabahkı nəticədən sonra diqqətimizi o kamandaya yönəldəcəyik.

Transfer çalışmalarımız daim davam edir. Yaxın günlərdə minimum bir transferimiz olacaq”.

Qeyd edək ki, “Qarabağ” III təsnifat mərhələsində “Ludoqorest” (Bolqarıstan) - “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə üz-üzə gələcək.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
1
teleqraf.com

2Mənbələr